Kateqoriyasız

“Neftçi” – “Qəbələ” matçının biletləri satışa çıxarıldı

Misli Premyer Liqasının 14-cü turu çərçivəsində noyabrın 12-də, saat 18:30-da “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçının biletləri satışa çıxarılıb.

İdmanxeber.az xəbər verir ki, qiyməti 1 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletləri “iTicket.az”ın satış məntəqələrindən, həmçinin aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

https://iticket.az/events/sport/neftci-pfk-qebele-fk/79839

“Bakcell Arena”nın kassalarında isə biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43