Premyer Liqa

“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Zirə”yə qalib gələ bilmədi

Azərbaycan Premyer Liqasının I turunun son oyunları keçirilib.

Günün ilk matçı Zirədə baş tutub. “Qarabağ” “Zirə”nin qonağı olub. Görüşdə qalib müəyyənləşməyib – 1:1.

I turun son oyununda isə meydana ölkə çempionu “Neftçi” çıxıb. Samir Abasovun komandası evdə “Qəbələ”ni sınağa çəkib. Paytaxt klubu matçın gedişində iki dəfə hesabda önə keçsə də, yekunda 2:2 hesablı heç-heçəyə razılaşıb.

Azərbaycan Premyer Liqası
I tur

15 avqust

18:00. “Zirə” – “Qarabağ” – 1:1
Qollar: Təmkin Xəlilzadə, 50 (pen.) – İsmayıl İbrahimli, 18

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 1. Mehdi Cənnətov, 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 88. Georgi Stoilov, 13. Ramin Əhmədov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Rəşad Əzizli, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 15. Ruslan Abışov, 11. Velvis Santos, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 77. Samir Qurbanov, 4. Cəlal Hüseynov, 6. Ayxan Süleymanlı, 64. Mahmud Ağayev
Baş məşqçi: Rəşad Sadıqov

“Qarabağ”: 12. Emil Balayev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 17. Qaspar Panadero, 29. Marko Vesoviç, 20. Kadi Borqes, 22. Musa Qurbanlı
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 94. Ayhan Arazlı, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 11. Xayme Romero, 6. Patrik Andrade, 27. Toral Bayramov, 28. Hüseyn Hüseynzadə, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

20:00. “Neftçi” – “Qəbələ” – 2:2
Qollar: 
Fəhmin Muradbəyli, 55, Voyislav Stankoviç, 76 – İsnik Alimi, 67 (pen.), Ülvi isgəndərov, 84

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Cəmil Quliyev, Əliyar Ağayev
“Bakcell Arena”

“Neftçi”: 12. Kamran İbrahimov, 8. Emin Mahmudov (k), 19. Fəhmin Muradbəyli, 97. Xəyal Nəcəfov, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 11. Harramiz Soares, 14. Romen Bask, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 29. Sabir Buqrin, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov, 27. Fərid Yusifli, 72. Emin Zamanov
Baş məşqçi: Samir Abasov

“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 7. Ehtiram Şahverdiyev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov (k), 17. Yaovi Akakpo, 8. Stefan Vukçeviç, 23. Rafael Utriq, 5. İsnik Alimi, 4. Ruan Renato, 12. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 6. Kamal Mirzəyev, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli
Baş məşqçi: Elmar Baxşıyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43