Kateqoriyasız

“Neftçi” “Qalatasaray”ı keçsə… – potensial rəqiblər bəllidi

Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə “Neftçi” – “Qalatasaray” (Türkiyə) cütünün potensial rəqibi müəyyənləşib.

“Neftçi” İstanbul nəhəngini mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda “Renova” (Şimali Makedoniya)/“Hayduk” (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək. “Ağ-qaralar” oyununu Bakıda keçirəcək.

III təsnifat mərhələsinin oyunları sentyabrın 24-də təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43