İdman

“Neftçi” qanalı hücumçu aldı (RƏSMİ)

“Neftçi” daha bir transferini rəsmiləşdirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, qanalı futbolçu Kvame Karikari ilə 2 illik  müqavilə imzalanıb. 26 yaşlı hücumçu 11 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Əl Ərəbi” (Qətər) olan Kvame Karikari Qananın “İnternational Ellies”, İsveçin AİK, “Deqerfors”, “Halmstad”, Türkiyənin “Balıkesirspor”, Norveçin “Hauqesund”, Ukraynanın “Stal”, Qətərin “Əl Marhiya” və Qananın gənclərdən ibarət milli komandasında çıxış edib

Qeyd edək ki, “Neftçi” bundan əvvəl cinah müdafiəçisi Tural Axundov, mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçilər – Rəşad Eyubov, Qoran Paratski, hücumçular – Dario Frederiko və Baqali Dabonu transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43