Azərbaycan kubokunda yarımfinal mərhələsinə bu gün start verilib.
İdmanxeber.az məlumat verir ki, ilk oyun “Neftçi” və “Qarabağ” arasında keçirilib.. Görüş Ağdam təmsilçisinin inamlı qələbəsiylə başa çatıb – 0:4. Cavab qarşılaşması aprelin 24-də oynanılacaq.
2 aprel (çərşənbə axşamı)
20:00 “Neftçi” – “Qarabağ”
Qollar: Toral Bayramov, 14 (pen), 29, Marko Yankoviç, 37, Nəriman Axundzadə, 86
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”