19 Fevral 2025
Ölkə futbolu

“Neftçi” “Qarabağ”la matça itkilərlə çıxacaq

“Neftçi” Misli Premyer Liqasının 23-cü turunda “Qarabağ”la matçın hazırlığını başa çatdırıb. 

İdmanxeber.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb. 

“Ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb. Bərpa dövrünü davam etdirdiyi üçün fərdi məşğul olan Andrey Ştoqrin, zədəli Elvin Camalov, həmçinin komanda ilə birlikdə məşqdə iştirak etsələr də, hələ tam hazır olmayan Dembo Darbo və Rafael Quzzo “Qarabağ”la görüşü buraxacaqlar

Qeyd edək ki, sabah “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43