29 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi” “qəbirqazanlar”a qarşı

“Neftçi” “Çixura” səddini keçərək Avroliqanın pley-off mərhələsində Serbiyanın “Partizan” klubuna rəqib olub.

İdmanxeber.com “Partizan”la bağlı bəzi məlumatları nəzərinizə çatdırır.

Belə ki, ev oyunlarında ağ-qara, səfər matçlarında isə qara formadan istifadə edir.

Əsası 1945-ci ildə qoyulan “Partizan” ev oyunlarını 32 710 tamaşaçı tutumuna malik Belqrad şəhərində yerləşən “Partizan Stadium”da keçirir.

Klubun prezidenti Draqan Djuriç, baş məşqçisi isə Marko Nikoliçdi.

“Partizan”ın keçmiş Yuqoslaviyda uğurlarına gəlincə: klub 11 dəfə Yuqoslaviya çempionluğunu və 5 dəfə Yuqoslaviya kubokunun qalibi olub. Böyük ölkənin parçalanmasından sonra “Partizan” Yuqoslaviya Federativ Respublikasında gücünü sınayır və burda da uğur qazanır: 8 qat çempion və 4 dəfə kubokun qalibi.

1992-ci ilin yayında UEFA Yuqoslaviya klublarını Avrokuboklardan uzaqlaşdırır və onların nəticələrini ləğv edir. “Partizan” yalnız 1996/97 mövsümündə yenidən Avrokuboklara qayıda bilir. Ancaq uzun illər zəhmətdən sonra zəif rəqiblərlə qarşılaşmaq əvəzinə ilk mərhələlərdən güclü komandalara rəqib olur.

Klubun ləqəbi “ağ-qaralar”, “qəbirqazanlar”dı.

Qeyd edək ki, “Partizan” “Neftçi” ilə eyni qrupda mübarizə aparmış və iki matç da sülhlə başa çatmışdı – 1:1, 0:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43