İdman

“Neftçi” qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu turun görüşləri çərçivəsində daha iki görüş keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, günün ilk matçı Gəncə şəhər stadionunda baş tutacaq. Yenilənmiş meydançasında ilk olaraq “Neftçi”ni qəbul edən qərb təmsilçisi azarkeşləri önündə ilk cari mövsümdə ikinci qələbəsini qazanmaq niyyətindədi. Tərlan Əhmədovun gəlişindən sonra oyun üslubunda irəliləyişə nail olan “Neftçi” isə uğurlu çıxışını davam etdirməyi planlaşdırır.

Günün ikinci matçında isə “Sumqayıt” və “Zirə” futbolçuları güclünü ayırd etməyə çalışacaq. 

 

 

Azərbaycan Premyer Liqası

IX tur

21 oktyabr (şənbə)

 

15:00. “Kəpəz” – “Neftçi” 0:1
Qol: Ruslan Abışov, 41 (0:1)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

Gəncə şəhər stadionu

 

17:00. “Sumqayıt” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Vaqif Musayev, Rəvan Həmzəzadə

Sumqayıt şəhər stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43