“Neftçi” Qurban Qurbanovu Azərbaycan millisinin baş məşqçisi təyin olunması münasibəti ilə təbrik edib.
İdmanxeber,com-un xəbərinə görə, klubun saytı vasitəsi ilə yayılan təbrikdə Q.Qurbanovun “Neftçi”nin veteran futbolçusu olması xüsusi vurğulanıb:
“Qurbanov 1996-1998, 2001-2005-ci illər ərzində “Neftçi” formasında 96 oyun keçirib, 69 qol vurub. “Neftçi”nin heyətində Azərbaycan çempionatının (1997, 2004, 2005) və ölkə kubokunun (2004) qalibi olmuş Qurban Qurbanov 1997-ci ildə Azərbaycan çempionatının ən yaxşı bombardiri olub. O, 1992-2005-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 65 oyunda 14 qol vurub. Məşqçilik karyerasına 2006/2007-ci illər mövsümündə “Neftçi”də başlamış Qurban Qurbanov 2007-2008-ci illərdə klubun idman direktoru vəzifəsində çalışıb.
“Neftçi” PFK veteran futbolçumuzu Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması münasibətilə təbrik edir, milliyə və onun yeni çalışdırıcısına uğurlar arzulayır!”