08 Avqust 2022
Kateqoriyasız

“Neftçi” səfərə qələbə ilə yollanır

“Neftçi” bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçimiz Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edib. “Bakcell Arena”da oynanılan görüşdə “Ağ-qaralar” qələbə qazanıb – 2:1.

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, ilk oyun

4 avqust

21:00. “Neftçi” (Azərbaycan) – “Rapid” (Vyana, Avstriya) 2:1

Qol: Ataa Caber, 44,  Kenni Sayef 60, Qvido Burqştaller 95

Hakimlər: Dario Bel, Maryan Tomas, Kristian Novosel, Tixomir Pein (hamısı Xorvatiya)

“Bakcell Arena” stadionu

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Konyaspor” (Türkiyə) – “Vaduts” (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Kəpəz” nigeriyalı futbolçu transfer etdi

admin

Millinin daha bir futbolçusu əməliyyat olundu

admin

“Qarabağ” Fransadan futbolçu transfer edir?

Səxavət Qurbanov