“Neftçi”nin Bakıda Avstriyanın “Rapid” (Vyana) klubuna qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununun biletləri “Bakcell Arena” stadionunun kassalarında satışa çıxarılıb.
Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, avqustun 4-də keçiriləcək oyun üçün 2500 bilet satılıb.
Biletlərin qiyməti 2 AZN (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 AZN (3B) və 10 AZN (VİP, 3A) təşkil edir.
Biletlərin satışı “Iticket.az”ın məntəqələrində, həmçinin onlayn şəkildə də davam edir. İndiyədək təqribən 2 200 bilet satılıb.
Qeyd edək ki, “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Rapid” matçı saat 21:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 11-də Vyanada olacaq.