UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” və Avstriyanın “Rapid” (Vyana) komandası arasında keçiriləcək ilk oyun üçün biletlər satışa çıxarılıb.
İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, biletlərin qiyməti 2 manat, 5 manat və 10 manat təşkil edir.
Avqustun 4-də “Bakcell Arena”da təşkil olunacaq qarşılaşma saat 21:00-da başlanacaq.