"Neftçi" daha bir futbolçu ilə müqavilə bağlamağa yaxındı.
İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi ispaniyalı hücumçu Antonio Salas Kinta ilə güclənir. Bu barədə məlumatı Bolqarıstan mətbuatı yayıb. İspaniyalı futbolçu "Neftçi"dəki qazancından da dnaışıb.
Futbolçu deyib ki, Azərbaycan klubuna daha yaxşı maliyyə şərtləri olduğuna görə keçib. Belə ki, o, "Levski"də aldığının dörd qat artığını qazanacağını bəyan edib.
29 yaşlı forvardın bakılılarla bir illik müqaviləyə imzaladığı bildirilir.
Qeyd edək ki, Anetenin son klubu Bolqarıstanın "Levski" klubu olub. İspaniyanın "Real Sosyedad" klubunun yetirməsi olan futbolçu daha sonra yerli "Korya", "San Roke", "Real Xaen", "Keuta", "Olimpiakos" (Volou, Yunanıstan), "Niki Volos" (Yunanıstan) kimi komandalarda da top qovub.