"Qəbələ kuboku"nda uğursuz nəticələr göstərərək, turnirin sonuncusu olan "Neftçi" rəhbərliyi klubun 15 yaşlılardan ibarət komandasının baş məşqçisi Ramil Həbibova xəbərdarlıq edib.
İdmanxeber.com-un əldə etdiyi məlumata görə, paytaxt klubunun rəhbərliyi iki gün bundan öncə Həbibovun jurnalistlərə verdiyi açıqlamadan əsəbləşərək, bu addımı atıb. Məsələ burasındadır ki, Həbibov "Qəbələ Kubok"undan başqa heç bir turnirdə iştirak etməmələrini, məhz bu səbəbdən bu cür turnirlərdə tərübəsiz olduqlarını bildirib. Daim uşaq futbolundan bəh-bəhlə danışan "Neftçi" rəhbərliyi isə bu cür açıqlmadan sonra lərzəyə gəlib və nəticədə Həbibova xəbərdarlıq edib.
Bu gün "Lokomotiv"ə məğlub olduqları matçdan sonra Həbibov jurnalistlərin suallarıniı cavablandırmaqdan boyu qaçıraraq – "Mən daha danışmayacam. Nə danışıramsa tərsinə yazırsız" – deyib.