Kateqoriyasız

“Neftçi” “Rəvan”a uduzdu

“Neftçi” bu gün yoxlama oyunu keçirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Samir Əliyevin komandası “Bədən Tərbiyəsi və İdman Akademiyası”nın stadionunda “Rəvan” klubu ilə qarşılaşıb. Görüş “Rəvan”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Neftçi”də əsas heyətdən 10 futbolçunun iştirak etmədiyi matçda məşqçilər heyəti, bu mövsüm daha az oynayan futbolçulara və əvəzedici komandanın bəzi üzvlərinə şans veriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43