“Neftçi” baş məşqçisi Roman Qriqorçukla yollarını ayırmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi özü tutduğu vəzifədən getmək istəyib. Onun bununla bağlı artıq klub rəhbərliyinə müraciət etdiyi bildirilir.
Bu gün klub rəhbərliyi ilə Qriqorçuk arasında görüş olacağı və 59 yaşlı mütəxəssislə bağlı qərarın veriləcəyi gözlənilir.
Roman Qriqorçuk bu mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.