İdman

“Neftçi” Rumıniya klubu ilə üz-üzə

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Neftçi” bu gün ikinci yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, Roberto Bordinin yetirmələri “Dunarea Kalarası” ilə qarşılaşacaq. Rumıniya təmsilçisi ilə oyunun start fiti Bakı vaxtı ilə 18:00-da veriləcək. Görüş “Neftçi”nin məskunlaşdığı “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutacaq.

“Neftçi” Türkiyə toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Makedoniya klubu “Şkupi”ni məğlub edib (2:0).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43