26 Oktyabr 2024
Ölkə futbolu

“Neftçi” – “Sabah” oyununa giriş biletsiz olacaq

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sabah” oyununa giriş sərbəst olacaq.

İdmanxeber.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb.

Avqustun 18-də, saat 20:30-da “Liv Bona Dea Arena”da baş tutacaq oyunu izləmək istəyən azarkeşlər bilet almadan tribunalarda yer tuta biləcəklər.

Qeyd edək ki, “Neftçi Arena”nın ot örtüyünün yararsız hala düşməsi səbəbindən “Neftçi” – “Sabah” görüşünün yeri dəyişdirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43