24 Oktyabr 2024
Ölkə futbolu

“Neftçi” “Sabah”a məğlub oldu – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü turun daha bir oyunu keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, “Neftçi” “Sabah”ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda oynanılan görüşdə “bayquşlar” qələbə qazanıb – 2:0.

Bu nəticənin ardından “Sabah” 4 xalla beşinci, “Neftçi” iki xalla 7-cidir.

Qeyd edək ki, bu tur keçirilməli olan “Şamaxı” – “Qarabağ” və “Zirə” – “Araz-Naxçıvan” matçları təxirə salınıb. “Qarabağ”ın Çempionlar Liqasının, “Zirə” isə Konfrans Liqasının pley-offuna yüksəldiyindən bu kollektivlərin oyunu başqa vaxta keçirilib. 

18 avqust (bazar)

20:30. “Neftçi” – “Sabah” 0:2

Qol: Amin Seydiyev, 54, Coy Lens Mikels, 76
Hakimlər
: Tural Qurbanov, Rəhman İmami, Müslüm Əliyev, Fərid Hacıyev

VAR: Əliyar Ağayev
AVAR: İnqilab Məmmədov

Zirə İdman Kompleksinin stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43