24 Oktyabr 2024
Dünya futbolu

“Neftçi” “Sabah”la oyunun hazırlığını davam etdirir

“Neftçi” Misli Premyer Liqasının 11-ci turunda qarşılaşacağı “Sabah” klubu ilə oyunun hazırlığını davam etdirir.

İdmanxeber.az xəbər verir ki, “Səbail”lə matçın ertəsi günü bərpa məşqi edib bir günlük istirahətə buraxılan “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində məşqə çıxıb. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən hazırlıq prosesinə isinmə hərəkətləri ilə başlayan komanda üzvləri daha sonra toplu və taktiki çalışmaları yerinə yetiriblər.

Qeyd edək ki, oktyabrın 27-də “Bank Respublika Arena”da baş tutacaq “Sabah” – “Neftçi” matçı saat 17:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43