26 Noyabr 2024
Ölkə futbolu

“Neftçi” “Şamaxı” oyununa ciddi itkilərlə çıxacaq

“Neftçi” Misli Premyer Liqasının 13-cü turunda qarşılaşacağı “Şamaxı” klubu ilə matçın hazırlığını başa vurub.

İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıb. Komanda “Şamaxı” ilə matça ciddi itkilərlə çıxacaq.

Mustafa Sek, Azər Salahlı, Alfa Konte, Andre Şinyaşiki və Filip Ozobiç zədə səbəbindən, Emil Səfərov isə cəzalı olduğu üçün sabah meydana çıxa bilməyəcəklər. Rəhman Hacıyevin oynaması isə sual altındadır.

Qeyd edək ki, noyabrın 8-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Şamaxı” matçı saat 15:00-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43