Premyer Liqa

“Neftçi” “Şamaxı”nı, “Sabah” “Sumqayıt”ı darmadağın elədi – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında XVIII tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Tura “Bakcell Arena”da start verilib. Açılış matçında “Neftçi” doğma meydanda “Şamaxı” ilə üz-üzə gəlib. 3 qolun qeydə alındığı matçda “ağ-qaralar” qələbəyə sevinib.

“Sabah” isə səfərdə “Sumqayıt”ın qapısından 6 cavabsız qol keçirib.

Azərbaycan Premyer Liqası
XVIII tur
23 dekabr (cümə)16:00. “Neftçi” – “Şamaxı” – 3:0
Qollar: 
İsmayıl Zülfüqarlı, 41, Fuad Bayramov, 52 (öz qapısına), Ağadadaş Salyanski, 89

Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Bakcell Arena”.

18:30. “Sumqayıt” – “Sabah” – 0:6
Qollar: 
Emmanuel Apeh, 3, Coy-Lens Mikels, 14,Aleksey Kaşuk, 28, Elvin Camalov, 33, Anatoli Nuriyev, 77, Davit Volkov, 86

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Kapital Bank Arena”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43