Kateqoriyasız

“Neftçi” və “Sabah”dan qələbə  -Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında daha 2 oyun keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk matçı Şamaxıda oynanılıb. Eyniadlı komanda evdə “Neftçi”ni qəbul edib. Şamaxı şəhər stadionundakı qarşılaşmada qonaqlar 1:0 hesabı ilə qələbə qazanıb.

Günün son oyununda “Sabah” klubu “Sumqayıt”ı qəbul edib. “Bank Respuklika Arena”dakı görüşdə ev sahibi komanda 3:0 hesabı ilə qalib gəlib.

 

Azərbaycan Premyer Liqası

I tur

7 avqust (bazar)

17:00. “Şamaxı” – “Neftçi” 0:1

Qol: Emin Mahmudov, 80
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
VAR hakimi: Tural Qurbanov
VAR hakiminin köməkçisi: Vüsal Məmmədov
Hakim-inspektor: İmanxan Sultani
Şamaxı şəhər stadionu, 17:00

19:15. “Sabah” – “Sumqayıt” 3:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR hakimi: Əliyar Ağayev
VAR hakiminin köməkçisi: Cavid Cəlilov
Hakim-inspektor: Anar Salmanov
“Bank Respublika Arena”.

Qeyd edək ki, turun əvvəlki iki oyununda “Zirə” səfərdə “Kəpəz”i 2:1, “Qarabağ” isə evdə “Səbail”i 3:1 hesabı ilə məğlub edib. Tura avqustun 8-də keçiriləcək “Turan Tovuz” – “Qəbələ” matçı ilə yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43