Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşləri
çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq “Neftçi” bu
oyunda 4 aparıcı üzvü olmadan mübarizə aparmalı olacaq.
İdmanxeber.com-un məlumatına görə, Mahir Şükürov, Saşa
Stamenkoviç, Cavid İmamverdiyev və Elvin Yunuszadə cəzalı durumda olduqlarına
görə “bankirlər”lə matçı buraxmalı olacaqlar.
Qeyd edək ki, “İnter” – “Neftçi” matçı sabah
saat 19:00-da başlayacaq.