“Neftçi” PFK Antalya təlim-məşq toplanışı çərçivəsində sabah üçüncü yoxlama oyununu keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, komanda Çinin “Guizhou Rehne” klubu ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:00-da başlanacaq qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçularımız oyuna qara sarğı ilə çıxacaq.