Kateqoriyasız

“Neftçi” Serbiya klubuna məğlub oldu

“Neftçi” Antalya toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv bu gün Serbiyanın “Srvena Zvezda” klubu ilə üz-üzə gəlib. Qarşılaşma bakılıların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, “Neftçi” Türkiyədə daha əvvəl iki hazırlıq matçı keçirib. “Ağ-qaralar” Macarıstanın “Vaşaş” klubu ilə heç-heçə (1:1) edib, Polşanın “Medz Leqnisa” klubuna isə 1:2 hesabı ilə məğlub olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43