"Neftçi"nin Nikolas Kanales transferi boşa çıxa bilər.
İdmanxeber.com-un məlumatına görə, çilili futbolçunun transfer vərəqi hələ də Çili Futbol Federasiyasından gəlməyib. Məhz buna görə, “Neftçi”nin Kanaleslə bağladığı müqavilənin pozulmasına səbəb ola bilər.
Futbolçu ilə öncədən də xəbər verdiyimiz kimi 1+1 sistemi ilə müqavilə bağlanması nəzərdə tutulmuşdu. Lakin qarşı tərəfin Federasiyası hücumçunun transfer sənədlərini AFFA-ya göndərməyib. Kanales transferinin Avroliqanın pley-off mərhələsi üçün nəzərdə tutan "ağ-qaralar" avqustun 20-dək sənədləri gözləyəcək. Əgər bu müddətə kimi Kanalesin transfer vərəqi gəlməyəcəyi təqdirdə hücumçu ilə müqavilə birtərəfli şəkildə pozulacaq.