Avropa Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Neftçi” klubu iştirak ərizəsini UEFA-ya göndərib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, heyətdə 23 futbolçu yer alıb:
Qapıçılar: 1. Emil Balayev, 12. Pavels Doroşevs, 30. Saşa Stamenkoviç
Müdafiəçilər: 2. Karlos Kardoso, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 16. Bruno Bertuççi, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov
Yarımmüdafiəçilər: 7. Araz Abdullayev, 8. Elşən Abdullayev, 9. Flavio Aleks Valensio, 10. Julius Vobay, 15. Erik Ramos, 17. Nicat Qurbanov, 18. Kaue Sesilyo, 19. Mirhüseyn Seyidov, 21. Samir Məsimov, 25. Cavid İmamverdiyev, 28. Emin Mehtiyev
Hücumçular: 23. Ruslan Qurbanov, 29. Cavid Muxtarzadə, 90. Ernest Nfor
Qeyd edək ki, ilk oyunun start fitinə 24 saat qalmışa qədər əlavə 1 futbolçu sifariş etmək mümkündür.