Sabah Premyer Liqanın 19-cu turu çərçivəsində “Bakcell Arena” stadionunda keçirilməli olan “Neftçi” – “Simurq” oyununun yeri və başlama saatı dəyişdirilib.
İdmanxeber.com-un məlumatına görə, “Bakcell Arena” bu oyunu qəbul etmək üçün hazırda ideal vəziyyətdə deyil və bu səbəbdən matç İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçiriləcək.
Bundan əlavə, qarşılaşma saat 15:30-da deyil, 14:00-da start götürəcək.