Ölkə futbolu

“Neftçi” son oyununa çıxır

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” PFK bu gün sonuncu yoxlama oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin rəqibi Rumıniyanın “Konkordiya” klubu olacaq. “Bellis Deluxe” otelinin meydançasında baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43