“Neftçi” sabiq baş məşqçisi Nazim Süleymanova olan borcunu ödəyib.
İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın sabiq çalışdırıcısı açıqlamasında “Neftçi”nin ona 1 aylıq maaşı vermədiyini və “premya”nı ödəmədiklərini bildirmişdi.
Lakin klubun mətbuat xidmətindən saytımıza bildiriblər ki, Süleymanov dünən ona çatacaq pulu götürüb və “Neftçi”nin çalışdırıcıya heç bir borcu yoxdu.