Azərbaycan Premyer Liqasının XVI turunda keçiriləcək “Neftçi” – “Sumqayıt” matçının başlama saatı müəyyənləşib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 14-də, 8-ci km qəsəbə stadionunda baş tutacaq qarşılaşma saat 17:00-da başlayacaq.
Bu komandaların əvəzedici heyətləri arasındakı oyun dekabrın 13-də “Dalğa Arena”da keçiriləcək. Bu görüşün start fiti saat 14:00-da veriləcək.