Premyer Liqanın VII turunda keçiriləcək "Sumqayıt" – "Neftçi" oyununu yeri dəyişdirilib.
Maçt Sumqayıtda keçirilməli idi, amma qərara əsasən qarşılaşmanın keçirilmə yeri dəyişib.
İdmanxeber.com-un məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təmir işləri getdiyinə görə, oyun "Baksell Arena"da keçiriləcək.
Qeyd edək ki, oyun sentabrın 21-də oynanacaq.