08 Sentyabr 2024
Ölkə futbolu

“Neftçi” “Sumqayıt” səfərində məğlub oldu, Qəbələdə qalib müəyyən olunmadı – YENİLƏNİB

Azərbaycan Premyer Liqasında bu gün XXI turun daha 2 oyunu keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Neftçi” “Sumqayıt”ın qonağı olub. Görüş “kimyaçılar”ın qələbəsiylə başa çatıb – 2:1. “Sumqayıt” bu qələbəylə xalını 34-ə çatdırıb və 2-ci pilləyə yüksəlib. “Neftçi” isə 32 xalla 3-cü sıraya geriləyib.

Günün ikinci qarşılaşmasında “Qəbələ” və “Zirə” qarşılaşıb. Görüşdə qalib müəyyən olunmayıb. “Qırmızı-qaralar” 15 xalla sonuncudur. “Zirə” isə 31 xalla 4-cü sıradadır.

Qeyd edək ki, dünən keçirilən görüşlərdə “Qarabağ” “Səbail”i (2:1) məğlub etdi, “Sabah” və “Turan Tovuz” (1:1) isə 1 xala razılaşdılar.  “Kəpəz”– “Araz-Naxçıvan” qarşılaşması sabah keçiriləcək.

Premyer Liqa
XXI tur
4 fevral (bazar)

15:00. “Sumqayıt” – “Neftçi” 2:1

Qollar: 8’, 37’ Ninqa – 90+7’ Ozobiç

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu”

17:30. “Qəbələ” – “Zirə” 1:1

Qollar: 14’ Ülvi İsgəndərov – 19’ İlkin Muradov

Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Bank Respublika Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43