26 Dekabr 2024
Premyer Liqa

“Neftçi” “Sumqayıt” səviyyəsində, “Qarabağ” hamıya örnək

Azərbaycan Premyer Liqasında 18 tur geridə qaldı. 

İdmanxeber.com sizi çempionatın geridə qalan II dövrəsində ən çox qırmızı vərəqə alan futbolçular və komandalarla tanış edir.

Premyer Liqanın geridə qalan 18 turu ərzində ən çox qırmızı vərəqə alan komandalar "Neftçi" və "Sumqayıt"dır. Geridə qalan turlar ərzində sözügedən komandalarda nizam-intizam demək olar ki, sıfıra bərabərdi. Belə ki, hər iki komanda hamıdan çox – 6 qırmızı vərəqə ilə cəzalandırlıblar. 

18 turda iki futbolçu iki dəfə komandasını pis vəziyyətdə qoyub ki, bu oyunçuların biri "Neftçi"də, digəri isə "Sumqayıt"da çıxış edir. Belə ki, Elvin Yunuszadə "Neftçi"dən, hücumçu Ruslan Qurbanov isə "gənclik şəhəri" təmsilçisindən "fərqlənən" oyunçulardı.

Hakimlər cəmi bir dəfə "Xəzər Lənkəran" və "İnter"in futbolçularına qırmızı vərəqə göstərməklə onların sıfır göstəricisini pozub.

Çempionatın ən intizamlı komandası isə lider "Qarabağ"dı. Ağdam klubunun heç bir üzvü 18 turda hakimin sərt qərarına tuş gəlməyib.

"Neftçi" – 6 qırmızı vərəqə: Elıvin Yunuszadə 2, Bruno Bertuççi, Saşa Stamenkoviç, Flavinyo, Mahir Şükürov

"Sumqayıt -6 qırmızı vərəqə: Ruslan Qurbanov 2, Vurğun Hüseynov, Samir Abasov, Kərim Diniyev, Məhəmməd Mirzəbəyov.

"Bakı" – 4 qırmızı vərəqə: Deyvid Çesnauskis, Cavod Hüseynov, Aqil Məmmədov, Şəhriyar Əliyev

"Rəvan" – 4 qırmızı vərəqə: Miloş Adamoviç, Ramazan Abbasov, Rəşad Abdullayev, Mişel Balakoq.

"Simurq" – 3 qırmızı vərəqə: Draqan Çeran, İlkin Qırtımov, İdan Vaytsman, 

"Qəbələ" – 3 qırmızı vərəqə: Vlodemir Levin, Amit Quluzadə, Müşfiq Teymurov.

AZAL – 2 qrımızı vərəqə: Oskar Klava, Branislav Arsenyeviç

"İnter" – 1 qırmızı vərəqə: Abdulla Abatsiev.

"Xəzər Lənkəran" – 1 qırmızı vərəqə: Ağabala Ramazanov.
 

Səxavət Qurbanov

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43