Bu gün Misli Premyer Liqasında 24-cü tura start verilib.
İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.
6-cı yerdəki “Neftçi” öz meydanında 7-ci pillədəki “Sumqayıt”ı qəbul edib və görüşdən qələbə ilə ayrılıb – 1:0.
Qeyd edək ki, turun digər oyunları 22 və 23 fevral tarixlərində keçiriləcək.
21 fevral (cümə)
19:00.“Neftçi” – “Sumqayıt” 1:0
Qol: Filip Ozobiç, 90+3 (p)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”