Türkiyənin Ərzurum bölhəsində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində ilk yoxlama oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatına görə, paytaxt klubu Türkiyə Superliqası təmsilçilərindən “Alanyaspor”la üz-üzə gəlib. 4 qolun qeydə alındığı matçda Roman Qriqorçukun baş məşqçilik etdiyi komanda qələbəyə sevinən tərəf olub.
“Neftçi”nin heyətində qolları Höccət Haqverdi, Emin Mahmudov və Yuri Matias vurublar.