Ölkə futbolu

“Neftçi” tam gücü ilə paytaxt derbisinə hazırlaşır

Topaz Premyer Liqasının V turu çərçivəsində səfərdə "Bakı" ilə qarşılaşacaq "Neftçi" bu oyuna tam heyətlə hazırlaşır.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, "ağ-qaralar" bu oyuna çox ciddi hazırlaşır və komanda da hər hansı zədəli və kart cəzalısı olan futbolçu yoxdur. Klub daxilində abu-hava yüksəkdir.

Qeyd edək ki, avqustun 31-də "Bakı"nın təlim-məşq bazası stadionunda keçiriləcək oyun, saat 18:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43