“Neftçi” PFK Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, komanda Türkiyənin “Elazığspor” klubu ilə qarşılaşıb. Görüş “ağ-qaralar”ın 0:1 hesablı məğlubiyyəti ilə nəticələnib.
Qeyd edək ki, qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.