19 Oktyabr 2024
Ölkə futbolu

“Neftçi TV” bağlanır? – klubdan açıqlama

Mətbuatda (pressinq.az) “Neftçi TV”nin bağlanması ilə bağlı klubda müzakirələr aparılacağı iddiaları yayılıb. Yarandığı gündən ölkə futbolsevərlərinin rəğbətini qazanan kanalın fəaliyyətini davam etdirib-etdirməyəcəyi barədə klubun mətbuat xidmətinə müraciət etdik.

“Ağ-qaralar”ın rəsmisi Emin Əfəndi məsələ ilə bağlı İdmanxeber.az saytına bu açıqlamanı verdi:

“Belə bir şey planda yoxdu. İlk dəfədir eşidirəm. Ümumiyyətlə, klubda belə bir mövzu müzakirə edilmir”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43