22 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi” üçün monteneqrolu hakimlər

Avropa Liqasının I təsnifat mərhələsinin “Baltsan” – “Neftçi” oyununu idarə edəcək hakimlər müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, Maltada keçiriləcək ilk oyun monteneqrolu referi Yovan Kaludyeroviçə tapşırılıb.

Ona həmyerliləri – Daniel Deviç və Vladan Todoroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mileta Şçepanoviç yerinə yetirəcək.

UEFA nümayəndəsi Miçal Mertinyak (Slovakiya), hakim-inspektor isə Vaslav Krondl (Çexiya) olacaq.

Qeyd edək ki, “Baltsan” – “Neftçi” oyunu iyunun 30-da, Bakı vaxtıyla saat 20:00-da start götürəcək. Cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək və ilk matç kimi 20:00-da başlayacaq



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43