Premyer Liqa

“Neftçi” uduzdu, “Qarabağ” büdrədi, “İnter” və “Qəbələ”, “Xəzər Lənkəran qələbə qazandı

Bu gün Topaz Premyer Liqasında XXXIII turun oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, turun bütün oyunları bu gün baş tutacaq.

Premyer Liqanın lideri "Qarabağ" çempionluq məsələsini bu tur həll edə bilər. Bunun üçün Ağdam klubunun "Bakı"nı səfərdə yenməsi, "İnter"in isə "Sumqayıt"la oyunda xal itirməsi lazımdı. Belə olacağı halda isə, "Qarabağ" 21 illik çempionluq həsrətinə son qoyacaq.

İddiası qalmayan "Xəzər Lənkəran" çempionatda qalmaq üçün mübarizə aparan "Rəvan"ı qonaq edəcək. "Neftçi" isə 4-cü yeri özünə təmin etmək istəyən "Qəbələ" ilə üz-üzə gələcəki. 

Zaqatalada AZAL "Simurq"un qonağı olacaq. Neçə turdu ki, qələbə üzünə həsrət qalan "təyyarəçilər" bu tilsimi qırmaq üçün mübarizə aparacaqsa, meydan sahiblərinin 4-cü yer iddiası qazanılacaq 3 xaldan sonra davam edəcək.

2 may 

18:00. “Simurq” – AZAL 0:0

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Yaşar Abbasov, Nail Nağıyev

Zaqatala şəhər stadionu

18:00. “Xəzər Lənkəran” – “Rəvan” 4:0

Qol: Elias, 19, Deyan Blajevski, 52, Elnur Abdullayev, 53, Mbilla, 62

Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Mahir Məmmədov

“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00. “Neftçi” – “Qəbələ” 1:2

Qollar: Cavid İmmverdiyev, 49, Dodo, 63, Lorenzo Ebesilio

Qırmızı vərəqə: Ebesilio, 90+4

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov

“Bakcell Arena” stadionu

15:00. “Bakı” – “Qarabağ” 0:0

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Elman Musayev, Feyzulla Feyzullayev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Orxan Məmmədov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

17:00. “İnter” – “Sumqayıt” 2:0
Qollar:
İaşvili, 51, Vaqif Cavadov, 90+2

Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Vüsal Əliyev

“Şəfa” stadionu

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43