Kateqoriyasız

“Neftçi” Ukraynadan futbolçu transfer edir

"Neftçi"nin düşərgəsinə yeni futbolçu qoşulub.

İdmanxeber.com-un məlumatına görə, Türkiyədə təlim-məşq toplantısında olan paytaxt klubu yeni qapıçını sınaqdan keçirir.

Söhbət ukraynalı qapıçı İqor Litovkadan gedir. Hazırda "Neftçi"nin məşqlərində iştirak edən 27 yaşlı qolkiperlə bağlı son qərarı məşqçilər korpusu verəcək. 

Qeyd edək ki, Litovka Ukraynanın "Sevastopol", "Tavriya" və "Olimpik" kimi klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43