Kiprin “Aris” klubunun prezidenti və sahibi Vladimir Fyodorov Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi”yə qalib gəldikləri ilk matç (2:0) barədə danışıb.
İdmanxeber.az xəbər verir ki, o, Bakı təmsilçisi üzərində qələbəni bayram adlandırıb:
“Neftçi” üzərində qələbə əsl bayramdır. Bu, düzgün yol seçdiyimizin təsdiqidir. Amma irəliyə doğru yalnız bir addım atmışıq. Biz Avropa arenasında stabil klub olmaq istəyirik”.
Komandalar arasında cavab oyunu sabah keçiriləcək. “Bakcell Arena”da təşkil olunacaq görüş saat 21:00-da başlayacaq.