Kateqoriyasız

“Neftçi” və “Səbail” üçün daha 6 rəqib – Avropa Liqasında

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi” və “Səbail”in daha 6 potensial rəqibi müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, klublarımız “səpələnmişlər” səbətində yer alacaq. Ona görə də, “Rujomberok”, “Debretsen”, “Honved”, “Torpedo”, “Baltzan” və “Akademiya Pandev” “səpələnməmişlər” səbətinə düşdüyündə komandalarımızın potensial rəqibi olub.

Səpələnmişlər: “Legiya”, “Krakoviya” (hər ikisi Polşa), “Styaua”, “Vitorul” (hər ikisi Rumıniya), “Malmö”, “Norçepinq” (hər ikisi İsveç), “Molde”, “Brann”, “Hoqesun” (hamısı Norveç), “MOL-Vidi” (Macarıstan), “Dinamo”, “Vitebsk”, “Şaxtyor” (hamısı Belarus), “Spartak” (Slovakiya), “Apollon” (Kipr), “Jalgiris” (Litva), “Reyncers”, “Kilmarnok” (hər ikisi Şotlandiya), “Jrinski” (Bosniya və Herseqovina), “Kayrat”, “Tobol”, “Ordabasi” (hamısı Qazaxıstan), “Vardar” (Makedoniya), “Çukariçki” (Serbiya), “Domjale”, “Olimpiya” (hər ikisi Sloveniya), “Kruzaders” (Şimali İrlandiya), “Ventspils” (Latviya), “Styarnan” (İslandiya), “Fola” (Lüksemburq), “Vaduts” (Lixtenşteyn), “Neftçi”, “Səbail” (hər ikisi Azərbaycan), “Kork Siti” (İrlandiya).

Səpələnməmişlər: “Dunayska Ştreda”, “Rujomberok” (hər ikisi Slovakiya), “B-36 Torshavn” (Farer adaları), “Çixura”, “Torpedo” (hər ikisi Gürcüstan), “Debretsen”, “Honved” (hər ikisi Macarıstan), “Milsami”, “Petrokub” (hər ikisi Moldova), “Trans”, “Flora” (hər ikisi Estoniya), “Liepaya”, “Riqa” (hər ikisi Latviya), “Qzira”, “Baltzan”, “Hibernian” (hamısı Malta), “Reykyavik”, “Breydablik” (hər ikisi İslandiya), “Şemrok Rovers”, “Sent-Patriks” (hər ikisi İrlandiya), “Akademiya Pandev” (Makedoniya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Konnak” (Uels), “Kuopio”, “Rovaniemi”, “İnter” (hamısı Finlandiya), “Ştumbras” (Litva).

Qeyri-müəyyənlər: “Jelezniçar” (Bosniya və Herseqovina), “Trakai” (Litva), “Levadiya” (Estoniya), “Buduçnost” (Monteneqro).

Qeyd edək ki, Avropa Liqasında ilk iki təsnifat mərhələsinin püşkatması iyunun 18-19-da İsveçrənin Nyon şəhərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43