19 Noyabr 2024
Ölkə futbolu

“Neftçi” və “Turan Tovuz” klubu cərimələndi

Bu gün İntizam Komitəsinin iclası keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, iclasda aşağıdakı qərarları qəbul edilib.
8 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XIII turun “Neftçi” – “Şamaxı” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
9 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XIII turun “Səbail” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 52.1);

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43