05 Oktyabr 2024
Ölkə futbolu

“Neftçi” və “Zirə” onun üçün yarışır

“Qəbələ”nin futbolçusu Məqsəd İsayev klubdan ayrıla bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, oyunçu “Zirə” və “Neftçi”nin maraq dairəsindədi. Artıq hər iki komanda da İsayevlə təmasa keçib.

Klubların təcrübəli oyunçuya rəsmi təklif göndərdiyi və onun cavabını gözlədiyi bildirilir. “Qəbələ”də yaxşı mövsüm keçirən 29 yaşlı müdafiəçi hələlik yekun qərarını verməsə də, onun “ağ-qaralar”a bir addım yaxın olduğunu demək olar. 

Belə ki, “Neftçi”dən gələn təklifin maliyyə şərtlərinin daha yaxşı olması və komandanın avrokuboklarda iştirak etməsi Məqsədin qərarına təsir edəcək. 

Bu səbəbdən də oyunçunun növbəti mövsümdən “flaqman”da çıxış edəcəyi daha yüksək ehtimaldır. Ancaq qəsəbə təmsilçisi də 29 yaşlı futbolçunu transfer etməkdə israrlıdır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43