Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində 2 matç oynanılacaq.
İdmanxeber.com-un məlumatına görə, meydana ilk öncə “Kəpəz” və “Keşlə” kollektivləri çıxıb. Bakıda baş tutan ilk qarşılaşmada rəqibinə 2 cavabsız qolla boyun əyən Gəncə klubu bu məğlubiyyətin əvəzini doğma meydanda çıça bilməyib. Cavab görüşündə də paytaxt klubu qələbəyə sevinən tərəf olub.
Bu nəticənin ardından “Keşlə” Azərbaycan kubokunda cari mövsüm ilk yarımfinalçı olub.
Günün digər oyunu isə “Baksell Arena”da, “Neftçi” və “Zirə” kollektivləri arasında reallaşıb. Zirədə keçirilən birinci qarşılaşmada meydan sahibləri minimal hesabla qələbə qazansa da, cavab görüşündə “ağ qaralar” 2 cavabsız qolla qələbəni bayram edərək növbəti yarımfinalçı olub.
14 dekabr (cümə axşamı)
13:00.“Kəpəz” – “Keşlə” – 2:3
Qollar: Mirsahib Abbasov, 34 (0:1), Şəhriyar Rəhimov, 49 (1:1), Kamran Abdullazadə, 79 (2:1), Pərdis Fərcad-Azad, 81 (2:2), Mirsahib Abbasov, 84 (2:3)
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu
14 dekabr (cümə axşamı)
19:00.“Neftçi” – “Zirə” – 2:0
Qollar: Uqo Barqas, 37, Mirabdulla Abbasov, 45+2
Qırmızı vərəqə: Yovan Krneta, 90+5 (“Zirə”)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
“Bakcell Arena”