Avropa Liqasının ikinci təsnifatından mübarizəyə qoşulacaq “Neftçi”nin Sloveniya “Koper”inə qarşı keçirəcəyi oyunların günü və başlama saatı müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, tərəflər arasındakı ilk matç iyulun 17-də Bakıda keçiriləcək Bu qarşılaşma saat 20:00-da start götürəcək.
Bundna bir həftə sonra – iyulun 24-də Koperdəki “Bonifika” stadionunda cavab matçı oynanılacaq. Həmin matç Bakı vaxtı ilə 23:30-da başlayacaq.