26 Dekabr 2024
Kateqoriyasız

“Neftçi” və “Qarabağ” azarkeşləri komandalarını ziyana saldı, AFFA “Simurq”un futbolçusunu sərt cəzalandırdı

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İK-in qərarlarına əsasən Topaz Premyer Liqasının VIII turunun “Xəzər Lənkəran” – “İnter” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 “Bakı” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyundan sonra “Sumqayıt” klubunun təhlükəsizlik üzrə baş meneceri Elnur İbişov hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunub.

Oyundan sonra baş tutan mətbuat konfransında “Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov hakimlər haqqında qeyri-etik ifadələr işlətdiyi üçün klub 2000 manat cərimə olunub.

Topaz Premyer Liqasının VIII turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 57-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Oyunun 10 və 59-cu dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki qurğular yandırıldığı üçün klub 1000 manat cərimə olunub.

“Simurq” – “Qəbələ” matçının 36-cı dəqiqəsində “Simurq” klubunun 2 №-li futbolçusu İlkin Qırtımov hakimi təhqir etdiyinə görə, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunub.

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun “Bakı” –  “Sumqayıt” matçında Bakı klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43